Daha bir güləşçimiz AÇ-də erməni rəqibini məğlub etdi

11:30 9 İyun 2019

İspaniyanın Pontevedra şəhərində keçirilən gənc güləşçilər arasında Avropa çempionatında daha bir idmançımız erməni rəqibindən üstün olub.

 

Sportarena.az oxu.Az-a istinadən xəbər verir ki, 125 kq çəki dərəcəsində mübarizə aparan İslam Abuyev 1/4 finalda Ermənistan idmançısı Aşot Ruşanyanı 2:0 hesabı ilə məğlub edib.

 

Qeyd edək ki, bu qitə birinciliyində Azərbaycan güləşçiləri üç dəfə prinsipial görüşə çıxıb və hər üçündə qalib gəlib.


Digər xəbərlər

Xəbər xətti