Ərdoğan futbol üzrə Türkiyə millisini təbrik etdi - FOTOFAKT

15:33 9 İyun 2019

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan futbol üzrə milli yığmanı Fransanı məğlub etmələri münasibətilə təbrik edib.

 

Sportarena.az xəbər verir ki, Ərdoğan bu barədə Tvitter səhifəsində yazıb."Təbriklər Türkiyəm!", - Türkiyə prezidenti qeyd edib. 

 

Xatırladaq ki, ötən gün 2020-ci ildə keçiriləcək Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində Türkiyə millisi Fransa millisini 2:0 hesabı ilə məğlub edib. Türkiyə millisi 9 xal yığaraq, H qrupunda birinci yerə yüksəlib. Fransa isə 6 xalla ikinci yerdə qərarlaşıb.



Xəbər xətti