Ronaldo xəstə uşağa görə millinin avtobusunu saxlatdırdı - VİDEO

16:05 9 İyun 2019

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo azyaşlı azarkeşlə şəkil çəkdirmək üçün yığma komandanın avtobusunu saxlatdırıb.

 

Sportarena.az xəbər verir ki, bu, Portuqaliya yığmasının Millətlər Liqasının finalından öncə keçirdiyi məşqdən sonra olub.Leykemiya xəstəliyindən əziyyət çəkən 11 yaşlı uşaq əlində “Kriştiano Ronaldo, qucaqla məni” sözləri yazılan plakatla yolun kənarında Portuqaliya millisinin avtobusunu gözləyib. Uşağı görən Ronaldo sürücüdən avtobusu saxlatdırmağı istəyib və uşağın xahişini yerinə yetirib. (oxu.az)

 

 


Digər xəbərlər

Xəbər xətti