Buffon “Barselona”ya keçir?

17:24 9 İyun 2019

PSJ-dən ayrılan italiyalı qapıçı Canluici Buffonla bağlı sürpriz iddia yayılıb.

 

Sportarena.az xəbər verir ki, 41 yaşlı qapıçısı “Barselona” heyətinə qatmaq istəyir. Hollandiyalı Yasper Sillessenlə yolları ayıracaq kataloniyalılar Buffonu ehtiyat qapıçı kimi almaq fikrindədir. Çindən aldığı təklifi rədd edən təcrübəli qolkiperin İspaniya nəhənginə keçməyə müsbət baxdığı iddia olunur.
 

Buffon 2001-ci ildə “Parma”dan “Yuventus”a 52,8 milyon avroya transfer olmuşdu. İtaliya millisinin sabiq üzvü 17 mövsüm klubda çıxış etdikdən sonra ötən yay PSJ-yə keçmişdi.


Digər xəbərlər

Xəbər xətti