Türkiyə millisinə İslandiyada hörmətsizlik – Diplomatik qalmaqal + VİDEO

Sportarena.az      10 İyun 2018, 12:47

Fransanı 2:0 hesabıyla məğlub edən Türkiyə millisi Konya hava limanından çarter reysi ilə İslandiyaya yollanıb.

 

Sportarena.az xəbər verir ki, "ay-ulduzlular” Reykyavik hava limanında əsl şok yaşayıb. Futbolçular sərhəd-buraxılış məntəqəsində iki saat saxlanılıblar.

 

Bundan başqa milli komandanın yükləri və futbolçuları şəxsi əşyaları ciddi yoxlamaya məruz qalıb. Ən maraqlısı da odu ki, özünü müxbir kimi təqdim edən islandiyalılardan biri media nümayəndələrinin arasından Türkiyə yığmasının kapitanı Əmrə Belözoğluna müsahibə zamanı mikrofon əvəzinə tualet fırçası uzadıb.

 

Bütün bunlar isə Türkiyə tərəfinin narazılığına səbəb olub.

 

Məsələyə Türkiyə hökumətinin reaksiyası da gecikməyib. Xarici işlər naziri Mövlud Çavuşoğlu "tvitter” hesabından açıqlama yayıb. Həmin açıqlamada "Millimizin hava limanında qarşılaşdığı mənzərə nə diplomatik, nə də insani dəyərlər baxımından qəbuledilməz. Millətimizin şübhəsi olmasın, bunun hesabını soruşacağıq”.

 

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin