“Türkiyədə belə halla üzləşmişdik” - İslandiya yığmasının üzvü

Sportarena.az      10 İyun 2018, 19:12

İslandiya millisinin futbolçusu Aron Qunnarsson AÇ-2020-nin seçmə mərhələsində Türkiyə ilə oyun öncəsi mətbuat konfransında fikirlərini bölüşüb.

 

Sportarena.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi türkiyəli futbolçuların hava limanında 2 saat yoxlanışdan keçirilməsi barədə danışıb. O, İslandiya millisinin Türkiyədə bu halla üzləşdiyini bildirib:
 

“Biz keçmişdə Konyaya gedəndə bu halla üzləşmişdik. Nələr hiss etdiklərini anlaya bilirəm. Türkiyə millisinin üzvlərinin hava limanında uzun müddət gözləməsi yorğunluqdur, amma qanunlar var. Biz də Konyaya gedəndə nəzarəti gücləndirilmiş hava limanı var idi. Əlbəttə, yaxşı vəziyyət deyil. Məncə, türkiyəli futbolçular da oyuna yaxşı hazırlaşacaq. Rəqib futbolçuya müsahibə zamanı tualet fırçasının uzadılması barədə nəsə söyləmək istəmirəm”.
 

Qunnarsson qalib gələcəklərini deyib:“Türkiyə ilə daha öncə oynamışdıq, indi çox şey - baş məşqçi və futbolçular dəyişib. İndi daha çətin olacaq. Fransanı məğlub edərək inamlı oldular. Çətin olacaq, amma biz də özümüzə güvənirik. Qalib gələcəyimizdən əminəm”.
 

İslandiya yığmasının baş məşqçisi Erik Hamren də fikirlərini bölüşüb:
 

“Türkiyə ilə oyun çox önəmlidir. Hazırda 6 xalımız var. Hava limanında baş verənlərdən danışmaq istəmirəm. Mən sadəcə, Türkiyə ilə keçirəcəyimiz oyuna köklənmişəm. Hava limanında baş verənləri məndən daha çox məlumatı olanlardan soruşmaq lazımdır. Bunu məndən niyə soruşursunuz ki? Türkiyə yığmasına böyük hörmətimiz var. Gücləniblər və qrupda keçirdiyi üç oyundan sonra qol buraxmadan maksimum nəticə əldə ediblər. Buna səviyyə deyirlər. Əlbəttə, əla komandadır, ancaq bizim də yaxşı heyətimiz var. Gözəl və həyəcanlı matç olacaq”.
 

İslandiya - Türkiyə oyunu sabah Bakı vaxtı ilə 22:45-də başlayacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin