Rauf Əliyev rəsmən "Neftçi"də - FOTOLAR

21:50 10 İyun 2019

"Neftçi” növbəti transferini reallaşdırıb.

 

Sportarena.az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, təcrübəli futbolçu Rauf Əliyev 1 illik müqaviləyə imza atıb. 30 yaşlı hücumçu komandanın heyətində 19 nömrəli formanı geyinəcək.

 

Bunadək "Qarabağ” (2006-2013), "Bakı” (2013-2014), "Xəzər Lənkəran” (2014), "İnter” (2015-2017), "Kukesi” (Albaniya, 2017-2018), "Qəbələ” (2018-2019) klublarında çıxış etmiş Rauf Əliyev 2015-ci ildə "Neftçi”nin heyətində 11 oyunda meydana çıxıb. 2009-cu və 2019-cu illərdə Azərbaycan Kubokunun qalibi olub. Milli komandanın heyətində 45 oyun keçirib, 7 qol vurub.

 

Xatırladaq ki, "Neftçi” bundan əvvəl serbiyalı müdafiəçi Voislav Stankoviçlə 2 il müddətinə müqavilə bağlayıb.



Digər xəbərlər

Xəbər xətti