"Qarabağ"dan ayrılan Jezniçak yeni klubda

Sportarena.az      12 İyun 2018, 11:33

"Qarabağ"la yollarını ayıran Yakub Jezniçakın yeni klubunun adı bəlli olub. 

 

Sportarena.az xəbər verir ki, polşalı müdafiəçi karyerasını ölkəsinin "Visla" klubunda davam etdirəcək. Bu barədə Ploçk təmsilçisinin saytı məlumat yayıb. Adı "Neftçi"yə keçiddə hallanan 32 yaşlı oyunçu  Polşa təmsilçisi ilə 1+1 illik müqavilə imzalayıb. Jezniçak yeni klubunda 25 nömrəli forma ilə çıxış edəcək.

 

Qeyd edək ki, "Visla" ötən mövsüm Polşa Ekstraklasını 14-cü sırada başa vurub.

 

Xatırladaq ki, Yakub Jezniçak 2017-2019-cu illərdə "Qarabağ"da çıxış edib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin