“Stadionda “İstefa” şüarı səsləndirmək nə vaxtdan cinayət sayılır?” – Millət vəkilindən ETİRAZ

Sportarena.az      13 İyun 2018, 11:00

“AFFA rəhbərliyi ya səhvlərini etiraf edərək istefaya getməli, ya da ki…”

 

Sportarena.az xəbər verir ki, bu fikirləri yenicag.az-a açıqlamasında futbol üzrə Azərbaycan millisinin Slovakiyaya 1-5 hesablı biabırçı məğlubiyyətindən sonra atılması zəruri olan addımlar haqqında danışan millət vəkili Aqil Abbas deyib. Millət vəkilinin sözlərinə görə, ölkənin futbol təsərrüfatında yaranmış vəziyyəti düzəltmək üçün təcili addımlar atılmalıdır:

 

“AFFA İcraiyyə Komitəsinin iclasında hansı məsələlərin müzakirə olunduğu haqda rəsmi məlumat yoxdur. Ona görə də, nə etmək istədikləri haqda fikir bildirmək çətindir. Futbolumuzun bu vəziyyətdə olmasının ilkin səbəbi səkkiz komandalı çempionatdır. Səkkiz komandada da cəmi altmış yerli futbolçu var. Ona görə də, milli komanda bu vəziyyətdədir. AFFA rəhbərliyi ya bəyan etməlidir ki, konkret bir müddətdə bütün problemləri aradan qaldıracaq. Ya da deməlidir ki, biz getdik, yeni prezident və baş katib seçin. Ümumiyyətlə, isə AFFA rəhbərliyi üzərinə düşən vəzifənin öhdəsindən gələ bilməməsi barədə xalqa hesabat verməlidir. Milli komandanın oyunu zamanı stadionda “İstefa” şüarı səsləndirmiş azarkeşlərin polis tərəfindən saxlanılması haqda dəqiq məlumatım yoxdur. Əgər belə bir şey olubsa, mən bunu pisləyirəm. Azarkeşlərin öz narazılıqlaırını bildirmələri bütün ölkələrdə var və buna normal baxmaq lazımdır. Stadionda “İstefa” şüarı səsləndirmək nə vaxtdan cinayət sayılır? Məncə, kimlərsə polis tərəfindən aparılıbsa belə, yəqin ki, müəyyən profilaktik söhbətdən sonra sərbəst buraxılıb”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin