Mahir Əmrəli: “Ailə başçısıyam, Ayişə də qızımdır” - VİDEO

Sportarena.az      13 İyun 2018, 11:13

"Qarabağ”ın oyunçusu Mahir Əmrəli bacısı Ayişə Əmrəliyə doğum günü keçirib.

 

Sportarena.az xəbər verir ki, futbolçu bacısının 20-ci yaş günündə ilk dəfə ailə başçısı kimi çıxış edib:

 

"Öyrəşmədiyimə görə ailə başçısı kimi söz demək çətindir. Amma biz həyatımızda yeni etapa başlamışıq. Burada olan hər kəs üçün bu, sirr deyil. Ayişə həm bacım, həm sirdaşım, bundan sonra da qızımdır. Çünki Ayişə də şəxsiyyət vəsiqəsində "Əmrəli” soyadını daşıyacaq”.

 

Qeyd edək ki, Mahirin atası prodüser Anar Mədətov həyat yoldaşı Elnurə Mədətovadan rəsmən boşanmamış, Samirə adlı makiyaj ustası ilə nişanlanıb. Bu hadisə isə ailədə qalmaqalın yaranmasına, Mahir və Ayişənin soyadlarını "Mədətov”dan "Əmrəli”yə keçirməsinə səbəb olub.

 

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin