"Sabah"ın hazırlıq planında dəyişiklik

18:30 13 İyun 2019

"Sabah"ın yay hazırlıq planında dəyişiklik edilib.

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda Türkiyənin Bolu şəhərinə əvvəlcədən nəzərdə tutulduğu kimi iyulun 16-da yox, 23-də yollanacaq. Türkiyə toplanışı avqustun 6-na kimi davam edəcək. Bu müddətdə 4 yoxlama görüşünün keçirilməsi nəzərdə tutulub.

 

Xatırladaq ki, "Sabah" növbəti mövsümün hazırlığına iyunun 17-də başlayacaq. Təlim-məşq toplanışının ilk hissəsi Bakıda olacaq. İyulun 22-dək davam edəcək hazırlığın bu mərhələsində 5 yoxlama oyununun keçirilməsi planlaşdırılıb. Rəqiblər barədə qarşıdakı günlərdə məlumat veriləcək.


Xəbər xətti