"Qarabağ" Bakıda yoxlama oyunu keçirəcək

18:41 13 İyun 2019

İyunun 17-dək Bakıda təlim-məşq toplanışında olacaq "Qarabağ" yoxlama oyunu keçirəcək.

 

Sportarena.az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi "Səbail"lə qarşılaşacaq. İyunun 15-də "Azərsun Arena"da oynanılacaq qarşılaşma saat 18:00-da start götürəcək.

 

Qeyd edək ki, hazırlığın ikinci mərhələsi üçün iyunun 18-da Avstriyaya yollanacaq "Qarabağ" 2 həftəlik toplanış çərçivəsində 4 yoxlama oyununda qüvvəsini sınayacaq. Ağdam təmsilçisi iyunun 22-də Bolqarıstanın "Ludoqorets”, iyunun 25-də Rumıniyanın "Krayova”, iyunun 28-də Rusiyanın "Ufa”, iyulun 2-də isə Çexiyanın "Viktoriya” komandası ilə qarşılaşacaq.


Xəbər xətti