Mbappe 1-ci, Ronaldo 20-ci oldu

Sportarena.az      14 İyun 2018, 10:15

Ən bahalı futbolçuların adları açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, “Pari Sen-Jermen”in və Fransa yığmasının hücumçusu Kilian Mbappe “CİES Football Observatory” araşdırma mərkəzinin təqdim etdiyi dünyanın ən bahalı futbolçuları siyahısında ilk pillədə qərarlaşıb. Onun dəyəri 252,2 milyon avro təşkil edir.

 

İkinci yerdə “Liverpul”un forvardı Məhəmməd Salah (219,6 milyon avro), üçüncü yerdə “Mançester Siti”nin yarımmüdafiəçisi Rəhim Sterlinq (207,9 milyon avro), dördüncü yerdə isə “Barselona”nın forvardı Lionel Messi (167,4 milyon avro) qərarlaşıb.

 

Fransanın PSJ futbol klubunun hücumçusu Neymar 17-ci (124,7 milyon avro), “Yuventus”un forvardı Kriştianu Ronaldo isə 20-ci (118,1 milyon avro)  yeri tutub.  

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin