"Sumqayıt" "Sabah"ın futbolçusunu icarəyə götürdü

19:43 14 İyun 2019

2019/20 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt” daha bir futbolçunu heyətinə qatıb.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, Sumqayıt təmsilçisi "Sabah”ın yarımmüdafiəçisi Elgün Nəbiyevi 1 illik icarəyə götürüb. 23 yaşlı futbolçu yeni klubunda 11 nömrəli formanı geyinəcək.

 

Qeyd edək ki, Elgün Nəbiyev "Sabah”la yanaşı (25 oyun, 1 qol) "Zirə”də də (4 oyun) çıxış edib.


Xəbər xətti