Mahir Emreli "Qarabağ"dan ayrılır? - FOTOFAKT

15:07 17 İyun 2019

"Qarabağ"ın hücumçusu Mahir Emreli klubun azarkeşlərini həyəcanlandırıb.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin üzvü "Instagram" hesabında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanova təşəkkür edib.

 

"Əgər bir şey bacarmışamsa, hər şeydən öncə sənin sayəndə olub, Boss!", - deyə 22 yaşlı hücumçu paylaşımında qeyd edib.

 

Mahir Emrelinin paylaşımı ayrılıq mesajı kimi dəyərləndirənlər də var.Mahirin adı bir neçə xarici klubla hallanır.



Xəbər xətti