"Sumqayıt" Rail Məlikovla müqavilə müddətini uzatdı

13:54 19 İyun 2019

2019/20 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt” klubu heyətindəki daha bir futbolçu ilə müqavilə müddətini uzadıb.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, müdafiəçi Rail Məlikov daha 1 mövsüm "Sumqayıt”ın şərəfini qoruyacaq.

 

Azərbaycan Premyer Liqasında 324 oyuna çıxan Məlikov, həmin qarşılaşmaların 70-ni "Sumqayıt”ın heyətində keçirib.


Xəbər xətti