Messili Argentina yenə qələbə qazana bilmədi - VİDEO

11:26 20 İyun 2019

Amerika Kubokunda mübarizə aparan Argentina millisi növbəti oyununa çıxıb.

 

Sportarena.az xəbər verir ki, Messinin lideri olduğu komanda 2-ci matçında da qələbəyə həsrət qalıb.Paraqvayla qarşılaşan Argentina 1:1-lik bərabərliyə imza atıb.

 

Komandanın yeganə qoluna 57-ci dəqiqədə Messi imza atıb. O, penaltidən fərqlənib.

 

 

Amerika Kuboku

Argentina – Paraqvay 1:1

Qollar: Messi, 57 (penalti) – Sançes, 37

 

 


Xəbər xətti