"Zirə" paraqvaylı futbolçu ilə müqavilə bağladı

11:40 20 İyun 2019

“Zirə” daha bir futbolçu ilə müqaviləni yeniləyib.

 

Sportarena.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, Xulio Sezar Rodriqes ilə müqavilənin müddətini 1 illik uzadıb.Paraqvaylı hücumçu bu ilin yanvar ayından paytaxt təmsilçisinin şərəfini qoruyur.

 

"Zirə" daha öncə Robin Nqalande, Mfo Kqasvane, Şafik Tiqrudca, Tellur Mütəllimov və Adrian Skarlatake ilə müqaviləni uzadıb.


Xəbər xətti