Messi Neymarı “Barselona”ya qaytarmağa çalışır

15:29 20 İyun 2019

“Barselona” klubunun forvardı və kapitanı Lionel Messi braziliyalı futbolçu Neymarın Kataloniya klubuna qayıtmasını istəyir.

 

Sportarena.az xəbər verir ki, argentinalı hücumçu bu istəyini klubun prezidenti Xosep Mariya Bartomeuya bildirib.“Barselona” klubunun rəhbərliyi hazırda potensial transfer sövdələşməsinin şərtlərini götür-qoy edir.

 

Neymar hazırda Fransanın PSJ klubunda çıxış edir və klubla yollarını ayıracağı ilə bağlı söz-söhbətlər gedir.

 

Qeyd edək ki, 27 yaşlı futbolçu 2013-2017-cü illərdə “Barselona”nın şərəfini qoruyub.


Digər xəbərlər

Xəbər xətti