Millimiz Minskə 16 pəhləvanla yollanır - FOTOLAR

15:42 20 İyun 2019

Iyunun 21-30 aralığında Belarusun paytaxtı Minskdə keçiriləcək 2-ci Avropa Oyunlarında iştirak edəcək Azərbaycanın güləş yığmalarının heyətləri müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, yarışa 16 güləşçimiz yollanacaq.Onlardan 6-sı sərbəst güləş, 5-i yunan-Roma, 5-i isə qadın güləşində yarışacaq. Yekun heyətdə fiziki hazırlığı istənilən səviyyədə olmayan olimpiya çempionu Toğrul Əsgərovu Hacımurad Hacıyev, çəki problemi olan Cəbrayıl Həsənovu isə Aleksandr Qostiyev əvəzləyib.

 

Komandamızın heyəti bu gün baş tutan məşqdən sonra tam şəkildə açıqlanıb. 

 

Sərbəst güləş: Mahir Əmiraslanov (57 kq), Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq), Aleksandr Qostiyev (86 kq), Nurməhəmməd Hacıyev (97 kq), Cəmaləddin Məhəmmədov (125 kq);

Yunan-Roma güləşi: Sakit Əliyev (60 kq), Kərim Cəfərov (67 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq), Sabah Şəriəti (130 kq);

Qadın güləşi: Mariya Stadnik (50 kq), Alyona Kolesnik (57 kq), Elmira Qəmbərova (62 kq), İrina Netreba (68 kq), Səbirə Əliyeva (76 kq)

 

Fotolar “Qafqazinfo”ya məxsusdur.



Digər xəbərlər

Xəbər xətti