Azərbaycan millisinin üzvü üçün yarım milyonluq təklif

18:50 20 İyun 2019

Azərbaycan millisinin üzvü üzvü Eddi İsrafilov İspaniyanın “Alkorkon” klubundan ayrıla bilər.

 

Sportarena.az xəbər verir ki, 26 yaşlı futbolçu Meksikanın “Atletiko San-Luis” klubundan təklif alıb.Klub Eddi üçün 500 min avro transfer məbləği ödəməyə hazır olduğu bildirilib. İsrafilovla mövsümün sonunda İngiltərə çempionşipində çıxış etmək hüququ qazanan "Luton" komandasının da maraqlandığı iddia olunur.

 

Qeyd edək ki, ötən ilin yanvarından "Alkorkon"da oynayan Eddinin klubu ilə hələ 1 illik müqaviləsi var.


Digər xəbərlər

Xəbər xətti