“Qarabağ” "Real"ın sabiq üzvünü transfer etdi - FOTOLAR + VİDEO

11:25 24 İyun 2019

"Qarabağ” yeni transferini rəsmən açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, Ağdam klubu ispan yarımmüdafiəçi Xayme Romeronun keçidi barədə açıqlama yayıb. 

 

Müqavilə qarşıdakı 3 il müddətinə nəzərdə tutulub. Xayme yeni klubunda 9 nömrəli forma geyinəcək.

 

Qeyd edək ki, futbolçu 2017-ci ildə "Osasuna"dan İspaniya Sequndasında çıxış edən "Kordoba”ya 500 min avroya transfer olunub. O, bu komandanın heyətində son mövsümdə 32 rəsmi oyuna çıxaraq 2 qol vurub və 2 məhsuldar ötürmə edib. Romero həmçinin "Albasete", "Udineze", "Bari", "Qranada", "Orduspor", "Luqo" klublarında və "Real"ın B komandasında forma geyinib. O, İspaniyanın U-19 millisində çıxış edib.

 

 



Xəbər xətti