"Qarşılaşma göstərdi ki, narahat olmaq üçün hər hansı bir səbəb yoxdu" - Millimizin qapıçısı

14:11 24 İyun 2019

"Tobol" Qazaxıstan Premyer Liqasının XV turunda doğma arenasında "Okjetpes" üzərində 2:0 hesablı qələbə qazanıb. 

 

Sportarena.az xəbər verir ki, "Tobol"un qapıçısı Emil Balayev görüşdən sonra fikirlərini klubun rəsmi saytına çatdırıb. 

 

Millimizin qapıçısı matç haqda bunları söyləyib: 

 

"Oyuna çox ciddi hazırlaşmışdıq. "Kaysar"la görüşdən sonra bərpa olunmaq üçün az vaxtımız var idi. Ancaq uşaqlara əhsən düşür. Çünki onlar matça kökləndilər və azarkeşlərimizə yaxşı oyun göstərdilər. Süni və təbii örtük arasında hər zaman fərq olur. Uyğunlaşmağa görə bir neçə həftədi buna görə hazırlıq keçirik. Oyunöncəsi məşqimizi də Mərkəzi Arenada keçdik. Düşünürəm ki, artıq hər kəs bu stadiona uyğunlaşıb. Bu prosesi uğurla geridə qoyduq. Qarşılaşma göstərdi ki, narahat olmaq üçün hər hansı bir səbəb yoxdu. Küləkli hava da oyuna mane olmadı. Ümumiyyətlə, qeyd etmək istəyirəm ki, arenamızdakı atmosferdən çox xoşum gəlir, burda hər şey əladı. Dəstəyə görə azarkeşlərə minnətdaram".


Digər xəbərlər

Xəbər xətti