"Səbail”də özümü ilk gündən yaxşı hiss edirəm" - Bilal Həmdi

14:38 24 İyun 2019

"Səbail”in yeni transferi Bilal Həmdi paytaxt klubuna keçidindən danışıb.

 

Sportarena.az xəbər verir ki, "Zirə”ni digər Bakı klubuna dəyişən əlcəzairli futbolçu, mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

 

"Səbail”də özümü ilk gündən yaxşı hiss edirəm. Komanda yoldaşlarım məni çox yaxşı qarşıladılar. Dilan Duventru ilə Kamal Bayramovu isə hələ keçmiş klubumdan tanıyıram. "Səbail" ilə müqavilə imzalamağa çox şad oldum. Hal-hazırda diqqətimizi Avropa Liqasının hazırlıq prosessinə yonəltmişik".


Digər xəbərlər

Xəbər xətti