Lüis Hemilton mövsümün 8-ci Qran-Prisinin qalibi oldu

16:33 24 İyun 2019

Fransanın Marsel şəhərindəki Le Kastelledə “Formula 1” üzrə mövsümün 8-ci Qran-Prisi keçirilib.

 

Sportarena.az xəbər verir ki, qalib adını “Mercedes”in pilotu Lüis Hemilton qazanıb.İkinci yeri onun komanda yoldaşı Valtteri Bottas, üçüncü yeri isə “Ferrari”dən Şarl Lekler əldə edib. “Ferrari”nin daha bir iddialı pilotu Sebastyan Fettel isə bu dəfə 7-ci yerlə kifayətlənib.


Digər xəbərlər

Xəbər xətti