"Səbail"in Avropa Liqasında debüt matçının saatı açıqlandı

22:19 24 İyun 2019

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Səbail" - "Krayova" (Rumıniya) matçının vaxtı məlum olub.

 

Sportarena.az xəbər verir ki, iyulun 11-də Bakıda "Bayıl Arena"da keçiriləcək matç saat 20:00-da başlayacaq.

 

Komandaların cavab oyunu bir həftə sonra Rumıniyada reallaşacaq.

 

"Səbail" mərhələ adlasa, II təsnifat mərhələsində "Honved" (Macarıstan) - “Jalgiris” (Litva) cütünün qalibi ilə qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti