"Səbail"in Bolqarıstanda ikinci sınağı

11:00 25 İyun 2019

Avropa Liqasına hazırlığını Bolqarıstanda davam etdirən "Səbail" bu gün növbəti sınağına çıxacaq. 

 

Sportarena.az xəbər verir ki, paytaxt təmsilçisi yenə ev sahibləri ilə üz-üzə gələcək.

 

İyunun 21-də Plovdiv "Lokomotiv"inə uduzan (0:1) Aftandil Hacıyevin yetirmələrinin budəfəki rəqibi "Beroe" olacaq. Bansko şəhərindəki matç Bakı vaxtı ilə 19:30-da start götürəcək.

 

Qeyd edək ki, "Səbail" toplanış çərçivəsində həmçinin "Klinçeni" (Rumıniya - 28 iyun) və "FK Makedoniya" (Makedoniya - 1 iyul) ilə qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti