Emil Balayev zirvədə

13:50 25 İyun 2019

Qazaxıstanın “Tobol” klubunda çıxış edən Azərbaycan millisinin üzvü Emil Balayev ölkə çempionatında qapısını ən uzun müddət toxunulmaz saxlayan qapıçıdır.

 

Sportarena.az xəbər verir ki, 25 yaşlı əlcək sahibi 540 dəqiqədir ki, qapısında qol görmür. Emil bu göstəriciyə görə Qazaxıstan Premyer Liqasında liderdir.
 

Emil Balayev (“Tobol”) - 540 dəqiqə;
Almat Bekbaev (“Jetısu”) - 310 dəqiqə;
Anton Çirin (“İrtış2) - 186 dəqiqə;
Aleksandr Qriqorenko (“Kaisar”) - 128 dəqiqə;
Ruslan Abjanov (“Okjetpes”) - 122 dəqiqə.


Digər xəbərlər

Xəbər xətti