Hacı Əliyev erməni ilə güləşəcək

06:55 26 İyun 2019

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunları davam edir.

 

Sportarena.az xəbər verir ki, bu gün daha 3 güləşçimiz mübarizəyə start verəcək. Həmin idmançılarımızın rəqibləri müəyyənləşib.Belə ki, sərbəst güləşçilərimizdən Hacı Əliyev (65 kq) ilk görüşündə ermənistanlı Valodya Franqulyanla üz-üzə gələcək. Nurməhəmməd Hacıyevin (97 kq) rəqibi isə Radoslav Baran (Polşa) olacaq.

 

Qadın güləşçilərimizdən İrina Netreba (68 kq) da mübarizəyə qoşulacaq. O debütdə Cenni Franssonla (İsveç) qarşılaşacaq.


Xəbər xətti