Bolqarıstan klubu "Səbail"i darmadağın etdi

10:48 26 İyun 2019

Bolqarıstanın Bransko şəhərində təlim-məşq toplanışını davam etdirən "Səbail" növbəti yoxlama oyununa çıxıb.

 

Sportarena.az xəbər verir ki, "dənizçilər" ikinci sınağında yerli "Beroe" klubu ilə qarşılaşıb. Görüş rəqibin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Xatırladaq ki, "Səbail" ilk qarşılaşmasında Plovdiv "Lokomotiv"inə 0:1 hesabı ilə uduzub.


Xəbər xətti