"Rəqibimiz olduqca intizamlı və mübarizə aparan komanda idi” - Qurban Qurbanov

11:04 26 İyun 2019

“Növbəti yoxlama oyunumuzu keçirdik, yaxşı mübarizə apardıq və bir neçə qol epizodu yaratdıq”.

 

Sportarena.az xəbər verir ki,bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

  

Azərbaycan çempionunun baş məşqçisi Rumıniyanın “Universitatya” (Krayova) klubu ilə yoxlama oyunu barədə fikirlərini açıqlayıb: “Üç gündən bir oynayırıq və futbolçular daha yüklənmiş vəziyyətdə meydana çıxmışdı. Oyundan oyuna daha yaxşı performans göstərəcəyik. Rəqibimiz də olduqca intizamlı və mübarizə aparan komanda idi”.

 

Qeyd edək ki, yoxlama oyunu 0:0 hesabı ilə başa çatıb.


Xəbər xətti