“Yuventus”un ulduz futbolçusu xidmətçiləri sevindirdi

11:31 26 İyun 2019

Portuqaliya millisinin və “Yuventus”un ulduz futbolçusu Kriştiano Ronaldo Yunanıstanda istirahət etdiyi Messina bölgəsində xidmətçiləri sevindirib.

 

Sportarena.az xəbər verir ki, 34 yaşlı portuqaliyalı hücumçu kirayələdiyi villada xidmət göstərən personala 25 min avro bəxşiş verib.

 

Qeyd edək ki, Ronaldo ötən il otel xidmətçilərinə 18850 avro bəxşiş vermişdi.  


Xəbər xətti