"Səbail" növbəti yoxlama matçında qalib gələ bilmədi

22:48 28 İyun 2019

Bolqarıstanda təlim-məşq toplanışında olan “Səbail” bu gün üçüncü yoxlama oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, paytaxt təmsilçisi Rumıniyanın “Klinçeni” klubu ilə qarşılaşıb. Oyun Bakı vaxtı ilə 19:30-da başlayıb. Görüş 0-0 hesabı ilə başa çatıb.

 

Qeyd edək ki. “Səbail” toplanış çərçivəsində Bolqarıstan klubları ilə qarşılaşıb. "Dənizçilər" “Lokomotiv”ə (Plovdiv) 0:1, “Beroe” klubuna isə 0:4. hesabı ilə uduzub.


Xəbər xətti