Rusiyalı iş adamı "Neftçi"nin rəqibinə 16 milyon pul ayırdı

Sportarena.az      28 İyun 2018, 13:42

Rusiyalı iş adamı Alişer Usmanov yerli "Arsenal" (Tula) klubuna maliyyə dəstəyi ayırıb.

 

Sportarena.az xəbər verir ki, avrokuboklara vəsiqə qazanan Rusiya klubu maliyyə dəstəyi axtarıb. Özbək əsilli Usmanov kluba 600 milyon rubl (9,5 milyon dollar) ayırıb.

 

İş adamı daha öncə də Tula təmsilçisinə maliyyə dəstəyi olub.

 

65 yaşlı biznesmen ötən ilin avqustunda İngiltərənin "Arsenal" klubunun səhmlərinin 30 faizini 550 milyon funt-sterlinqə almışdı.

 

"Arsenal" ötən mövsüm Rusiya Premyer Liqasında 6-cı yeri tutub və Avropa Liqasına yüksəlib. Komandanın Avropa Liqasının II təsnifat mərhələsində rəqibi "Neftçi" - "Sperantsa" (Moldova) cütünün qalibi olacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin