Ramil Şeydayev oynadı, "Krılya Sovetov" uduzdu

17:13 29 İyun 2019

Rusiyanın "Krılya Sovetov" klubu Sloveniya toplanışı çərçivəsində ilk yoxlama görüşünü keçirib. 

 

Sportarena.az xəbər verir ki, Ramil Şeydayevin şərəfini qoruduğu Samara təmsilçisi Çexiyanın"Banik" klubu ilə qarşılaşıb."Rudersdorf" stadionunda baş tutan qarşılaşma çexiyalıların qələbəsi ilə başa çatıb. Yeganə qola 84-cü dəqiqədə Diop imza atıb. 

 

Görüşə ehtiyatdan başlayan Şeydayev 30-cu dəqiqədə mübarizəyə qoşulub.

 

Qeyd edək ki, "Krılya Sovetov" bu gün axşam saatlarında növbəti yoxlama görüşünü keçirəcək. Budəfəki rəqib Xorvatiya "Hayduk"u olacaq.


Digər xəbərlər

Xəbər xətti