Sərxoş olan Sneyder gecəni polis bölməsində keçirdi

00:15 1 İyul 2019

Futbolçu Uesli Sneyder Hollandiyanın Utrext şəhərində saxlanılıb.

 

Sportarena.az xəbər verir ki, park olunmuş avtomobilin sahibi ilə dalaşan futbolçu daha sonra maşına maddi ziyan vurub. Polis bölməsinə aparılan Sneyder dəymiş ziyanı ödədikdən sonra sərbəst buraxılıb. Sneyderin insidenti spirtli içkinin təsiri altında törətdiyi iddia edilir.

 

Futbolçunun meneceri Quaydo Albers isə, ümumiyyətlə belə hadisənin baş vermədiyini deyib.


Digər xəbərlər

Xəbər xətti