Dünya çempionunun öldüyü qəzanın görüntüləri - VİDEO

12:59 2 İyul 2019

Bir neçə gün öncə xəstəxanada ölən Avropa çempionu Fərhad Poladovun avtomobil qəzasına uğradığı anları əks etdirən video yayılıb.

 

Sportarena.az xəbər verir ki, videogörüntü sosial şəbəkə istifadəçiləri tərəfindən paylaşılıb.

 

Qeyd edək ki, qaydasız MMA döyüşü üzrə dünya və Avropa çempionu Fərhad Poladov “Koroğlu” metro stansiyasının yaxınlığında idarə etdiyi “Niva” markalı avtomobillə hərəkətdə olarkən səkiyə çırpıb. Nəticədə nəqliyyat vasitəsi səkiyə çırpılaraq yolun əks tərəfinə çıxıb və “Hyundai” markalı avtomobillə toqquşub.

 

F.Poladov ayağın bud sümüyünün sınığı, döş qəfəsinin və qarının ağır travması diaqnozu ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılaraq əməliyyat olunub. Lakin həkimlərin səylərinə baxmayaraq, iyunun 30-da dünyasını dəyişib.

 

 


Digər xəbərlər

Xəbər xətti