Mahir Əmrəli atasının təbrikini vecinə almadı - VİDEO

11:03 2 İyul 2019

Ailə vəziyyəti ilə əlaqədar atası ilə arası dəyən və hətta soyadını da dəyişən Mahir Əmrəli növbəti hərəkəti ilə diqqət mərkəzinə düşüb.

 

Sportarena.az oxu.az-a istinadən xəbər verir ki, dünən 22 yaşını qeyd edən “Qarabağ”ın hücumçusu atası Anar Mədətovun təbrikini qəbul etməyib.Belə ki, futbolçunun doğum günü ilə əlaqədar onun uşaqlıq anlarından ibarət kiçik video hazırlayan məşhur prodüser bunu “instagram”da paylaşaraq oğlunu təbrik edib.Gənc hücumçu isə sosial şəbəkədə ona ünvanlanan bütün təbrikləri öz profili vasitəsilə paylaşsa da, atasının təbrikinə laqeyd qalıb.

 

Qeyd edək ki, həm Mahirin, həm də onun bacısı Ayişənin soyadını dəyişməsinə Anar Mədətovun 22 illik həyat yoldaşı Elnurə Mədətovadan ayrılaraq, vizajist Samirə adlı xanımla ailə qurması səbəb olub. 

 

 


Digər xəbərlər

Xəbər xətti