“Sumqayıt” baxışa iki futbolçu dəvət edib

13:15 2 İyul 2019

Yeni mövsümə hazırlaşan "Sumqayıt” klubu baxışa iki futbolçu cəlb edib.

 

Sportarena.az xəbər verir ki, ötən mövsümü müvafiq olaraq, "Keşlə” və "Şüvəlan”da keçirən Elnur Cəfərovla Akif Tağıyev baxışdadır. Baş məşqçi Ayxan Abbasov yaxın günlərdə hər iki yarımmüdafiəçi ilə bağlı qərar verəcək.

 

Qeyd edək ki, "Sumqayıt” yay fasiləsində Vüqar Mustafayev ("Zirə”), Amil Yunanov, Sərtan Taşqın (hər ikisi "Keşlə”) və Elgün Nəbiyevi ("Sabah”: icarəyə) heyətinə götürüb.


Xəbər xətti