İtkin düşmüş futbolçunun cəsədi göldən tapıldı

10:00 3 İyul 2019

İsveçrə yığması və “Yanq Boyz” komandasının 24 yaşlı futbolçusu Floriana İsmailinin cəsədi Komo gölünün dibində tapılıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə “Blick” nəşri xəbər verib.İsmailinin qalıqları xilasetmə əməliyyatı zamanı aşkar olunub. Xüsusi robot onun cəsədini 204 metr dərinlikdə tapıb. İdmançının ailəsinə onun ölü vəziyyətdə tapılması haqda məlumat verilib.

 

İsmailinin itkin düşməsi haqda iyunun 30-da məlumat verilmişdi. Belə ki, rəfiqələri ilə qayıq gəzintisi zamanı suya baş vuran idmançı geri dönməmişdi. 

 

Qeyd edək ki, İsmaili 2011-ci ildən “Yanq Boyz” komandasının həm oyunçusu, həm də kapitanı idi. O, 2014-cü ildən İsveçrə yığmasında da oynayırdı.


Xəbər xətti