Braziliya Argentinanı Amerika Kubokundan kənarlaşdırdı - VİDEO

11:11 3 İyul 2019

Braziliya milli komandası Amerika Kubokunun yarımfinalında əzəli rəqibi Argentina yığması ilə qarşılaşıb.

 

Sportarena.az xəbər verir ki, gərgin mübarizə şəraitində keçən oyun 5-qat dünya çempionlarının qələbəsi ilə nətiçələnib - 2:0.Braziliyalılar hər taymda bir dəfə fərqlənə biliblər: qolları hücumçular Qabriel Jezus və Roberto Firminyo vurublar. 

 

Beləliklə, Braziliya yığması Amerika Kubokunun finalına vəsiqə qazanıb və iyulun 7-də həlledici görüşdə Çili - Peru cütlüyünün qalibi ilə garşılaşacaq.

 

 


Digər xəbərlər

Xəbər xətti