"Səbail" - "Universitatea Krayova" oyununun təyinatları açıqlandı

11:59 4 İyul 2019

Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək “Səbail” – “Universitatea Krayova” (Rumıniya)  oyununa hakim təyinatları açıqlanıb.

 

Sportarena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı Finlandiya Futbol Federasiyasından olan hakimlər idarə edəcək. Görüşün baş hakimi Ville Nevalaynen olacaq. Ona Mikko Alakare və  Mika Lamppu köməklik edəcək. Dördüncü hakim funksiyasını Atte Jussila yerinə yetirəcək.

 

Qeyd edək ki, “ASCO Arena”da keçiriləcək görüş iyunun 11-i yerli vaxtla saat 20:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti