Andrey Arşavin jurnalist həyat yoldaşı ilə rəsmi şəkildə boşandı

12:09 4 İyul 2019

Andrey və Alisa Arşavinlər rəsmi şəkildə boşanıblar.

 

Sportarena.az xəbər verir ki, eks-futbolçu ilə jurnalistin məhkəməsi bu gün Peterburq rayon məhkəməsində baş tutub. Məhkəmə uşaqların anada qalmasına qərar verib.

 

Qeyd edək ki, futbolçu bundan sonra gəlirinin 1/8 hissəsini aliment verəcək. Alisa Kazmina mal varlığının bərabər bölünməsini tələb edib.

 

Xatırladaq ki, Andrey və Alisa 2016-cı ildə ailə qurublar. Bu ilin yanvarından isə cütlüyün boşanma məhkəməsi başlayıb.


Digər xəbərlər

Xəbər xətti