Əliyar Ağayev UEFA-nın Elit Kateqoriyasına doğru

Sportarena.az      4 İyul 2018, 12:31

Hakimlərin inkişaf etdirilməsi istiqamətində müxtəlif layihələr reallaşdıran UEFA növbəti addımını atıb. 


 
Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, UEFA Hakimlər Komitəsinin sədri Roberto Rosetti tərəfindən AFFA Hakimlər Komitəsinə daxil olmuş məlumatda qurum tərəfindən yeni - İstedad və Mentor proqramı yaradıldığı, hazırda hakimlərin təsnifatında I kateqoriyada yer alan FİFA referisi Əliyar Ağayevin də həmin proqrama daxil edildiyi bildirilib.

 

Qeyd edək ki, İstedad və Mentor proqramında I kateqoriyadan (ümumilikdə Avropa üzrə 48 hakim) Elit kateqoriyaya namizəd olan 11 hakim yer alıb. Proqram müddətində müxtəlif monitorinqlər aparılacaq və ən istedadlı hakimlər növbəti il Elit kateqoriyada yer alan 26 nəfərdən ən zəif göstəricilərə malik və ya son yaş həddinə çatmış referiləri əvəzləyəcək.  
 

Əlavə edək ki, Elit Kateqoriyada yer alan hakimlər dünya və Avropa çempionatının final mərhələsi, eləcə də Çempionlar Liqasının qrup oyunlarına təyinat alır.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin