Aryen Robben futbolla vidalaşdı

17:41 4 İyul 2019

Hollandiya millisinin sabiq üzvü Aryen Robben futbolçu karyerasını başa vurub.

 

Sportarena.az xəbər verir ki, bu barədə 36 yaşlı yarımmüdafiəçinin özü məlumat verib.“Peşəkar futbolçu karyeramı başa vurmaq qərarına gəldim. Heç şübhəsiz ki, karyeram ərzində verdiyim ən çətin qərar idi. Bu qərarı həm ağlım, həm də ürəyimlə qəbul etdim”, deyə hollandiyalı bildirib.

 

Qeyd edək ki, Robbenin sonuncu klubu Almaniya “Bavariya”sı olub. O, karyerası ərzində Hollandiyanın “Qroningen”, PSV, eləcə də İngiltərənin “Çelsi” və İspaniyanın “Real” klublarının formasını geyinib. Robben Hollandiya millisində 97 oyuna 39 qol vurub.


Xəbər xətti