"Neftçi" hazırlıqlara start verdi

11:09 5 İyul 2019

"Neftçi” UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində qarşılaşacağı "Sperantsa” ilə səfər oyununun hazırlığına start verib.

 

Sportarena.az xəbər verir ki, Türkiyə toplanışından sonra ikigünlük fasiləyə buraxılan komanda "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb. Hazırlıq prosesində toplu çalışmalar və müxtəlif təmrinlər yerinə yetirilib. Hazırlığın bu gün bir məşqlə davam edəcəyi nəzərdə tutulub.

 

İyulun 11-də "Zimbru” stadionunda keçiriləcək "Sperantsa” – "Neftçi” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.


Digər xəbərlər

Xəbər xətti