AL-də ilk mərhələ bitdi - “Qəbələ”nin rəqibi kim olacaq?

13:05 5 İyul 2019

Avropa Liqasında ilkin mərhələyə yekun vurulub. 

 

Sportarena.az xəbər verir ki, I təsnifat mərhələsinə 6 komanda yüksəlib.II təsnifat mərhələsindən mübarizəyə başlayacaq “Qəbələ”nin potensial rəqibləri olan “La Fiorita” (San Marino) - “Enqordani” (Andorra) cütündə Andorra klubu qalib gəlib. “Enqordani” I təsnifat mərhələsində Gürcüstanın "Dinamo" (Tiblisi) klubu ilə mübarizə aparacaq. Cütün qalibi isə II təsnifat mərhələsində “Qəbələ”yə rəqib olacaq.
 

 

Avropa Liqası
İlkin mərhələ, cavab oyunları

 
"Kardiff Met Universiti" (Uels) - "Proqres" (Lüksemburq) - 2:1 
İlk oyun - 0:1
 
"Enqordani" (Andorra) - "La Fiorita" (San Marino) - 2:1
İlk oyun - 1:0
 
"Runavik" (Farer adaları) - "Ballimena Yunayted" (Şimali İrlandiya) - 0:0 
İlk oyun 0:2
 
"Europa" (Cəbəllütariq) - "San-Xulia" (Andorra) - 4:0
İlk oyun - 2:3
 
"Kliftonvill" (Şimali İrlandiya) - "Barri Taun" (Uels) - 4:0
İlk oyun - 0:0
 
"Tre Fiori" (San Marino) - "Klaksvik" (Farer adaları) - 0:4 
İlk oyun -1:5

2 iyul
 
"Sent Jozefs" (Cəbəllütariq) - "Priştina" (Kosovo) - 2:0
İlk oyun - 1:2


Digər xəbərlər

Xəbər xətti