"Keşlə"dən ayrıldı, Macarıstan klubuna getdi

14:23 5 İyul 2019

"Keşlə"dən ayrılan serbiyalı futbolçu Nikola Mitroviçin yeni klubu bəlli olub.

 

Sportarena.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi karyerasını Macarıstanda davam etdirəcək. O, yüksək liqa təmsilçisi "Zalaeqerseq"ə transfer olub. Klubun rəsmi saytı oyunçu ilə bir illik müqavilə bağlandığını açıqlayıb.

 

Qeyd edək ki, Mitroviç ötən mövsüm "Keşlə"də 25 oyuna 2 qol vurub.


Xəbər xətti