“Keşlə” Tərlan Əhmədovla müqavilə imzaladı

15:37 5 İyul 2019

İyun ayının 20-dən növbəti mövsümün hazırlıqlarına başlayan “Keşlə”də məşqçilər korpusunun tərkibi təsdiqlənib.

 

Sportarena.az xəbər verir ki, komandanın baş məşqçisi Tərlan Əhmədov və onun rəhbərlik etdiyi məşqçilər heyəti ilə daha birillik əməkdaşlıq müqaviləsi imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

Yeni mövsümdə Əhmədova Zaur İsmayılov, Camaləddin Əliyev, Mehman Babayev və Rəşad Sadiqov kömək edəcəklər. Bununla yanaşı, Vadar Nuriyev baş məşqçinin əsas köməkçilərindən biri kimi komandada fəaliyyət göstərəcək.


Xəbər xətti