"Neftçi" futbolçusu ilə müqaviləni yenilədi

20:24 6 İyul 2019

"Neftçi" Namik Ələskərovla 2019/20 mövsümünün sonunda bitməli olan müqavilənin müddətini artırıb. 

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, anlaşmaya görə, 24 yaşlı yarımmüdafiəçi 2020/2021 mövsümünün sonunadək "ağ-qaralar"ın formasını geyinəcək.

 

Qeyd edək ki, Namik 2016-2019-cu illər ərzində "Neftçi"nin heyətində 70 oyuna çıxıb, 12 qol vurub.


Xəbər xətti